35 yaşlı kişi Ağdərədə minaya düşdü

16.11.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bərdə sakini Ağdərədə minaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu minaya düşərək xəsarət alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью