35 yaşlı kişi idman zalında qəfil öldü

18.10.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda idman zalında 35 yaşlı kişi insult vurması nəticəsində ölüb.

Modern.az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Nərimanov rayonunda baş verib.

Məlumata görə, N.Tusi küçəsində yerləşən idman zalından Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə insult diaqnozu ilə xəstəxanaya aparılarkən Təbriz küçəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью