35 yaşlı qadın 60 nömrəli avtobusa ərə getdi

14.10.2026

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.



35 yaşlı Kolumbiya sakini Lizbet Patinyo Boqotada 60 nömrəli marşrutda işləyən qırmızı TransMilenio avtobusuna aşiq olub.

Medicina.az xəbər verir ki, Patinyo gizlicə avtobusla evləndiyini etiraf edib. O, ağ don geyinib, mirvari üzük alıb və yalnız bir qonaqla ziyafət təşkil edib.

Daha sonra o, avtobusla birliyini şəxsən təsdiqləyən sənəd tərtib edib.

"Əri"nə yaxın olmaq üçün qadın xəstəxanada tibb bacısı işindən çıxıb depoda təmizlikçi düzəlib.

"Sadəcə orada olmağımdan məmnunam”.

Patinyo həmçinin qeyd edib ki, o, "həyat yoldaşı" kimi vəzifəsini yerinə yetirir və avtobusu qoruyur. O, bir dəfə pəncərəni sındıran bir sərnişinlə qarşılaşıb. Keçən ay o, "sevgilisinin" döyməsini etdirib.

Patiño etiraf etdi ki, metro tikintisi səbəbindən 60 nömrəli marşrutun ləğv olunacağından qorxur:

"Özümü çox çarəsiz və incimiş hiss edirəm”.

O, avtobusu həyatının sevgisi adlandırsa da, gələcəkdə adi bir kişi ilə münasibət qurma ehtimalını da istisna etmir. Lakin, hələlik onun ürəyi TransMilenio-ya məxsusdur:

"60 rəqəmi məni həqiqətən valeh edir.

Sevgim dərin və səmimi idi. Onun üçün ağladım və ona məktublar yazdım”.


Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью