35 yaşlı qadın qaynanasıgildə faciəvi şəkildə öldü

17.02.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Qaynanasıgildə 35 yaşlı qadın dəm qazından boğularaq ölüb. 

Sfera.az-ın  məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Behbudova Bahar Balay qızı dəm qazından boğularaq ölüb. 

Qeyd edək ki, B. Behbudova Bakı şəhərində kirayə yaşayırmış və Naftalana qaynanasıgilə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.(milli.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью