35 yaşlı qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

21.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkirdə özəl tibb müəssisəsində abort əməliyyatından sonra vəziyyəti ağırlaşan qadın xəstəxanada dünyasını dəyişib.

Bu barədə TƏBİB “Yeni Sabah”ın sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, noyabrın 20-də saat 13:00 radələrində 1991-ci il təvəllüdlü qadın pasiyent abort əməliyyatından sonra ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi təyin edilməyib. Həkimlərin apardığı bütün reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Online alış-veriş

TƏBİB-dən qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью