“350 milyard dollar pəncərədən atıldı” Tramp

30.04.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya milyardlarla dollar vəsait ayrılmasına etiraz edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə iclas zamanı danışıb.

Tramp bu vəziyyətdə keçmiş prezident Co Baydeni günahlandırıb.

“O zaman bu vəzifəyə gələndə soruşdum: “Ukraynaya nə qədər pul vermişik?” Rəqəm 350 milyard dollara yaxındır – bu, ağlasığmazdır. Sadəcə ora pul axıdılırdı, heç bir təminat olmadan”, – deyə Tramp bildirib.

O, əlavə edib ki, bu pullar sanki pəncərədən çölə atılıb.

“Bunu Bayden etmişdi. Bu, Baydenin savaşıdır. Bu, Trampın savaşı deyil. Mən bu vəziyyətdən çıxmağa çalışıram”, – Ağ Ev rəhbəri qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью