36 cı dəfə ölkə çempionu oldular Sabiq “Qarabağ”lı da orda oynayır

25.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstan liqasında 2024/25 mövsümünə yekun vurulub.

QOL.az xəbər verir ki, sonuncu - 32-cü turda “Ferensvaroş” səfərdə “Dyer” üzərində 2:1 hesablı qələbə qazanıb.

Bununla da Budapeşt təmsilçisi mövsümün sonunda 69 xal toplayaraq turnir cədvəlində birinci yeri tutub və ikinci pillədə qərarlaşan “Puškaş Akademiyası”nı 3 xal qabaqlayıb.

“Ferensvaroş” ardıcıl 7-ci, ümumilikdə isə 36-cı dəfə Macarıstan çempionu olub.

“Yaşıl qartallar”ı 2025-ci ilin yanvarından etibarən “Tottenhem” və İrlandiya yığmasının sabiq futbolçusu Robbi Kin çalışdırır. Bu komandada qışda “Qarabağ”dan ayrılan Julio Romao da çıxış edir.

O, Macarıstan liqasında 9 matçın iştirakçısı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью