36 dəqiqəyə iki kilo ət yedi, xəstəxanalıq oldu Fotolar | Icma.az
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyanın Devon qraflığında bir neçə qida yarışmasında həddindən artıq yemək yeyən Ris Çadfild xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
22 yaşlı gəncin iki gün ərzində bir neçə kiloqram ət və balıq, eləcə də 38 toyuq naqeti yediyi bildirilir.
O, restoranların birində 36 dəqiqə ərzində kartof qızartması və soğan halqaları ilə birlikdə iki kiloqram həcmində steyk yeyib.
Çadfild növbəti səhər özünü pis hiss etsə də, həmin axşam yenidən yarışmada iştirak edib və bu dəfə 2,5 kiloqram balıq və kartof yeyib.
Bundan sonra onun vəziyyəti sürətlə pisləşib, şiddətli qarın ağrısı ilə yanaşı temperaturu da 39 dərəcəyə qalxıb.
Dostları tərəfindən xəstəxanaya aparılan Risin mədəsində çoxlu miqdarda həzm olunmamış qidanın olduğu, mədə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyi məlum olub.
Tam oxu
Xəbəri oxu