“36 dramatik vəziyyət” davam edir

21.05.2025

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc ssenaristlər, kinematoqrafçılar və bu peşənin incəliklərini öyrənmək istəyənlər üçün “36 dramatik vəziyyət” adlı təlimə qəbul elan etmişdi.

Kulis.az xəbər verir ki, kinorejissor, prodüser Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında hazırlanıb.

Təlimin üçüncü dərsində iştirakçılara postmodernizm, Aristotelin nəzəriyyəsi, klassik arxetiplər və dramaturgiyanın digər vacib məqamları barədə bilgilər verilib.

Təlimlərdə ümumi nəzəri mühazirələrlə yanaşı, Jorj Poltinin nəzəriyyəsinin praktiki tətbiqi də mentor tərəfindən izah olunur.

Qeyd edək ki, iştirakçıların yazdığı sinopsislərin inkişaf etdirilməsi üçün fərdi məşğələlərin də keçirilməsi planlaşdırılır.

Cennifer Lopez Türkiyədə konsert verəcək Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev Nazsızdır fahişələr... - Rüstəm Behrudinin yeni şeirləri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью