36 ildir Həccə gedirəm, yenə gedəcəm KONKRET | Icma.az
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “36 ildir hər il Həcc ziyarətində oluram. Bu il də gedəcəm”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşzadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə deyib.
Onun sözlərinə görə, yenə də Səudiyyə Ərəbistanına səfərə hazırlaşır: “Allahın izni ilə oktyabr ayının 26-da Ümrə ziyarətinə yola düşəcəm”.
Həccə getməyin qiymətinin artmasından danışan H.Q.Salahzadə bildirib ki, bu, Azərbaycandan asılı deyil: “Əvvəllər Məkkədə otellər yox idi, ora gedəndə qalmağa yer tapmaq olmurdu.
İndi bahalı otellər fəaliyyət göstərir. Ora ziyarət üçün gedənlərin çoxu bahalı otellərdə qalırlar. Hər dövrün öz hökmü olur.
Mən də əvvəllər fikirləşirdim ki, qiymətlər niyə belə artır?
İndi həm 500-600, həm də 1500 dollara da ziyarətə getmək (Ümrə ziyarəti) mümkündür”.
Keçmiş deputat söyləyib ki, qiymət artımına baxmayaraq, ziyarətə gedənlərin sayı azalmır: “36-cı ildir ki, ziyarətə gedirəm.
Tam oxu
Xəbəri oxu