36 yaşında general olmuşdu, bir il sonra yüksək vəzifə tapşırıldı | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
Milli.Az xəbər verir ki, F.Əliyevə 2023-cü ilin noyabrında "general-mayor" ali hərbi rütbəsi verilib.
"General-mayor" ali hərbi rütbəsi verilən polkovnik Fərid Əlibaba oğlu Əliyev daha əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur.Milli.Az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu