Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Gəncədə bıçaqlanan şəxs xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov ürəyindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Yunis Quliyev