36 yaşlı Levandovski ilə müqavilə uzadılır

12.02.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona" futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Forvardın klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Kataloniya təmsilçisi 36 yaşlı hücumçu ilə müqaviləni 2026-ci ilin yayınadək uzatmağa razılaşıb.

Qeyd edək ki, Robert 2022-ci ildən "Barselona"da oynayır. “Transfermarkt” portalına görə, onun transfer dəyəri 15 milyon avrodur. Levandovski cari mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 31 qol vurub və 3 qolun ötürməsini verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью