36 yaşlı qadın doğuşdan sonra öldü

23.04.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masallıda 36 yaşlı Nərmin Mehbalıyeva doğuşdan sonra dünyasını dəyişib.

Axar.az xəbər verir ki, hadisə aprelin 23-də baş verib. Belə ki, 1989-cu il təvəllüdlü qadın həmin gün saat 00:05 radələrində 40 həftə 3 günlük hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada aparılan zəruri tibbi müayinələrdən sonra doğuşun konservativ-gözləyici taktika ilə aparılmasına qərar verilib.

Lakin saat 03:00 radələrində qadının səhhətində qəfil pisləşmə baş verib. Tibb işçiləri tərəfindən dərhal reanimasiya tədbirləri görülməsinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb və saat 03:26-da onun ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью