36 yaşlı qadın üçəm dünyaya gətirdi Bu ölkədə

02.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ-nin Kaliforniya ştatında 36 yaşlı qadın təbii yolla üç oğlan uşağı dünyaya gətirib.

Redaktor.az mövzu ilə bağlı xarici mediaya istinadla xəbər verirş

Nyla Kraft hamiləlik zamanı üçəm gözlədiyini öyrənib. Maraqlıdır ki, onun ailəsində də əkiz və üçəm uşaqların doğulduğu bildirilib.

Körpələrin ümumi çəkisi təxminən 8,6 kiloqram olub. Həkimlər bu doğuşu olduqca nadir hadisə kimi qiymətləndiriblər.

Üçəm uşaqlardan ikisinin eyni əkiz, üçüncüsünün isə qardaş əkiz olduğu bildirilib. Doğuş zamanı qadına təxminən 15 tibb işçisi kömək edib.

Ailənin iki uşağı da var idi. Üçəm uşaqların dünyaya gəlməsi ilə ailənin üzvlərinin sayı yeddiyə çatıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью