36 yaşlı ulduz basketbolçu NBA tarixində ilkə imza atıb | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qolden State Varriors"un 36 yaşlı ulduzu və Milli Basketbol Assosiasiyasının (MBA) dördqat çempionu Stiven Körri tarixi nailiyyətə imza atıb.
Oxu.Az xəbər verir ki, "Sakramento Kinqs" ilə oyunda reallaşdırdığı üçxallıq atış onun karyerasında 4000-ci olub.
MBA tarixində heç bir basketbolçu dəqiq üçlüklərin sayında hələ bu həddə çatmayıb.
Üçxallıq atışların sayına görə ikinci yerdə "Los-Anceles Klippers"də çıxış edən ABŞ-li basketbolçu Ceyms Harden qərarlaşıb.
Onun aktivində 3127 belə dəqiq atış var. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu