362 nəfər Ağdama qayıtdı 117 ailəyə evlərinin açarı verildi

01.09.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Sentyabrın 1-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə köçürülən 117 ailədən ibarət 362 nəfərə mənzillərin açarları təqdim edilib.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Beləliklə, daha 117 ailə uzun illərdən sonra doğma Ağdamda yeni həyatına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью