36cı Bakı derbisi: Birində qələbə, birində qol üstünlüyü İdman və Biz

23.11.2024

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIV turunun ikinci günü Bakı derbisi ilə başa çatacaq.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçiləri “Neftçi” və “Zirə” “ağ-qaralar”ın meydanında üz-üzə gələcək.

Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 36-cı oyun olacaq. Əvvəlki 35 matçda maraqlı məqam diqqət çəkir. Qələbə sayında “Zirə”, topların fərqində “Neftçi” üstündür. Buna böyükhesablı qələbələr və top fərqinə daxil edilməyən texniki nəticə səbəb olub.

“Ağ-qaralar” 12, “qartallar” 14 dəfə qalib gəlibsə, 9 dəfə derbi sülhlə bitib. “Neftçi”nin 38 qoluna qəsəbə klubu 35 dəfə cavab verib.

“Zirə” son iki oyunda da qələbə qazanıb. Amma “Neftçi” son 4 ev matçında xal itirməyib.

Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

03.10.2015

Zirə - Neftçi

2:0

06.12.2015

Neftçi - Zirə

1:1

27.02.2016

Zirə - Neftçi

3:0

23.04.2016

Neftçi - Zirə

0:0

14.08.2016

Neftçi - Zirə

0:1

16.10.2016

Zirə - Neftçi

2:0

05.03.2017

Neftçi - Zirə

1:2

23.04.2017

Zirə - Neftçi*

+:-

16.09.2017

Neftçi - Zirə

1:2

05.11.2017

Zirə - Neftçi

1:0

24.02.2018

Neftçi - Zirə

1:1

15.04.2018

Zirə - Neftçi

0:3

22.09.2018

Zirə - Neftçi

1:2

10.11.2018

Neftçi - Zirə

2:2

16.02.2019

Zirə - Neftçi

0:0

06.04.2019

Neftçi - Zirə

4:2

26.08.2019

Zirə - Neftçi

1:0

20.10.2019

Neftçi - Zirə

3:0

03.10.2020

Zirə - Neftçi

1:0

28.11.2020

Neftçi - Zirə

0:0

25.02.2021

Zirə - Neftçi

1:0

17.04.2021

Neftçi - Zirə

4:0

22.08.2021

Zirə - Neftçi

1:2

23.10.2021

Neftçi - Zirə

2:1

03.04.2022

Neftçi - Zirə

1:1

15.05.2022

Zirə - Neftçi

1:0

26.08.2022

Neftçi - Zirə

2:1

29.10.2022

Zirə - Neftçi

0:3

02.02.2023

Neftçi - Zirə

1:0

01.04.2023

Zirə - Neftçi

1:1

23.09.2023

Zirə - Neftçi

1:1

03.12.2023

Neftçi - Zirə

1:0

18.02.2024

Neftçi - Zirə

1:0

20.04.2024

Zirə - Neftçi

3:1

15.09.2024

Zirə - Neftçi

2:0

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью