37 Azərbaycan vətəndaşı Almaniyaya qəbul edilmədi

27.08.2026

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avqustun 11-də Azərbaycan vətəndaşı olan 37 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.   

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью