37 yaşda karyerasını başa vurur

28.04.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Məşhur belçikalı müdafiəçi Yan Vertongen mövsümün sonunda 37 yaşında futbolçu karyerasını bitirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçunun özü sosial şəbəkə hesabında məlumat verib:

“Çox düşündüm və qərara gəldim ki, bunlar karyeramdakı son matçlarım olacaq. Mən çox şeyə nail oldum. Bu, asan qərar deyildi, amma düzgün qərar idi”.

Qeyd edək ki, Vertongen 2024-cü ilin yayında Belçikanın “Anderlext” komandası ilə müqaviləsini daha bir mövsüm uzadıb. Yan karyerasında “Ayaks”, “Tottenhem” və “Benfika”nın formalarını geyinib.

Vertongen həmçinin 157 matçla Belçika Milli Komandasında ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью