37 yaşlı Levandovski karyerasını “Milan”da davam etdirə bilər

18.11.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Milan” klubu 37 yaşlı "Barselona"nın hücumçusu Robert Levandovskini əsas transfer hədəfi kimi müəyyən edib.
İdman.Biz bu barədə Sport.es-ə istinadən məlumat verir.

Məlumata görə, İtaliya klubunun planı polşalı oyunçunun transferi ilə bağlı gələn ilin yanvar ayında, 2026-cı ilin yayında, “blauqrana” ilə müqaviləsi başa çatdıqda razılığa gəlməkdir. Vurğulanır ki, “Milan”ın idman direktoru artıq Levandovskinin ətrafı ilə əlaqələr qurub.

Bu mövsüm o, bütün yarışlarda 12 oyunda meydana çıxıb və yeddi qol vurub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью