37 yaşlı mühasib 1 milyard dollarlıq dələduzluqda ittiham edilir KONKRET

26.11.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Sinqapurda  milyard dollarlıq nikel dələduzluğu baş verib.

KONKRET.az  Bloomberq-ə istinadən xəbər verir ki,dələduzluqda təqsirləndirilən keçmiş mühasib  çirkli pulların yuyulması ilə bağlı 100-dən çox ittihamla mühakimə olunur. Məlum olub ki, 37 yaşlı Ng Yu Zhi mövcud olmayan ticarət üzərindən pul toplayıb.  Yüzlərlə müştəri, eləcə də Sinqapur milyonçuları da dələduzun toruna düşüb. Onlar nikel biznesində pay sahibi olmaq  üçün milyonlarla dollar sərmayə yatırıblar. Dələduz “sərmayədarlara” rüblük 15% qazanc vəd edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью