Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Hadisə Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu ürəyindən bıçaq xəsarəti alıb.
Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır(Report).