3711 nəfər istidən ölüb

12.03.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Fransada 2024-cü ildə həddindən artıq istilər səbəbindən 3711 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Xalq Sağlamlığı Agentliyinin açıqladığı məlumatlara görə, keçən il həddindən artıq istilər səbəbindən ölənlərin dörddə üçü 75 və daha yuxarı yaşlı insanlardır.

Ölkədə 2024-cü ildə həddindən artıq istilər səbəbindən 3711 nəfər həyatını itirib.

Digər tərəfdən, 17 mindən çox insana təcili tibbi yardım göstərilib, 10 mindən çox insan isə istiliklə bağlı hipertermiya, susuzluq və hiponatremi kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.

2024-cü ilin yayı Fransada qeydə alınan ən isti səkkizinci yay olub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью