Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 23-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan imtahanda 379 idmançı iştirak edib.
Cüdoçular yaşlarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texniki bacarıqlarını sistemli şəkildə inkişaf etdirməsinə və motivasiyalarının artırılmasına xidmət edir. Bu mərhələ, eyni zamanda, nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib Millimiz Asiya Açıq Turnirini 14 medalla başa vurub Cüdoçularımızdan Asiya Açıq Turnirinin ilk günündə 8 medal Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək DÇ: Millimiz Yaponiyaya məğlub olub - YENİLƏNİB