Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Emil Rasimoğlu şair – publisist, AYB sədri Anara MƏKTUB yazıb.
Gununsesi.info həmin məktubu təqdim edir: Hörmətli Anar müəllim, sizin mətbuata verdiyiniz son müsahibə AYB sədri kimi illəri adlayan fiaskonuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”… 38 illik sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat… anlayışlarını tanımadınız, tanımaq istəmədiniz.
Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?!
Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də… Mənsub olduğunuz qurumu necə istədinizsə eləcə də idarə etdiniz.
Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də! BU QƏDƏR illər bəs etmədimi? Vəzifə hərisliyi, kürsü doğmalığı budurmu, Anar müəllim?
Yox, bu deyilsə ömrünüzün bu çağında 38 illik bir vəzifədən getməməyin adı nədir? Nəyi gözləyirsiniz?
AYB sədri kimi etiraf edəcəyiniz ÇOXMU qəbahətləriniz var? Heç şübhəsiz ki, var!