Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ-nin Şimali Karolina ştatında balıqçı nəhəng balıq tutaraq ştat rekordunu yeniləyib.
Redaktor.az xəbər verir ki, “Island Free Press”in məlumatına görə, Pensilvaniyadan olan Devid Aşman Hatteras burnu yaxınlığında balıq tutarkən 38,5 kiloqram ağırlığında nəhəng dəniz balığı tutub.
Balığın uzunluğu 142 santimetr, çevrəsi isə təxminən 102 santimetr olub.
Aşmanın sözlərinə görə, balığı sudan çıxarmaq üçün təxminən 15 dəqiqə mübarizə aparıb. O, balığı tutmaq üçün yem kimi kalmardan istifadə edib.
Qeyd edək ki, əvvəlki ştat rekordu 2022-ci ildə müəyyənləşdirilib. Həmin vaxt 26,5 kiloqram ağırlığında balıq tutulmuşdu. Yeni rekord əvvəlki nəticəni təxminən 12 kiloqram üstələyib.
Aytəkin TOFİQQIZI