“38 körpünü bir saata dağıda bilərik” Tramp İranı hədələdi

08.11.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə ölkənin infrastruktur obyektlərinin hədəfə alınacağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə CNN telekanalına müsahibəsində danışıb.

ABŞ liderinin sözlərinə görə, hazırda Yaxın Şərqdə döyüşə tam hazır vəziyyətdə olan üç Amerika aviadaşıyıcısı yerləşdirilib:

“ABŞ Silahlı Qüvvələrinin İranda hədəfə ala biləcəyi 38 körpü var və onların hamısı bir saat ərzində dağıdıla bilər. Hərbi əməliyyatlar bərpa olunarsa, həmin körpülər məhv ediləcək”.

Bununla belə, Tramp İranın infrastrukturunu dağıtmaq istəmədiyini, çünki onun bərpasının 10 il çəkəcəyini söyləyib:

“Körpüləri dağıtmağı sevmirəm. Körpü ən mürəkkəb tikilidir. Onun inşasına illər sərf olunur, mən isə yaxşı inşaatçıyam”.

Qeyd edək ki, daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Trampın müharibəni davam etdirmək qərarı verəcəyi təqdirdə ABŞ-ni sərt cavab tədbirləri ilə hədələmişdi. Tramp isə noyabrın əvvəlində İranla müharibəni istədiyi vaxt başa çatdıra biləcəyini, lakin bunun düzgün şəkildə həyata keçirilməsinin vacibliyini bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью