Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
38 ölkəni təmsil edən nüvə təhlükəsizliyi qurumları Rusiyanı Ukraynanın nüvə obyektlərinə və onların təhlükəsiz fəaliyyətini təmin edən enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Çağırışda Ukraynada nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq olunub.
Avropa Birliyinin 27 ölkəsi, eləcə də ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və digər ölkələr nüvə obyektlərinə hücumları dərhal dayandırmağı tələb ediblər.