3,8 trilyon dollarlıq ərzaq iqlim problemləri səbəbindən məhv olub

01.10.2025

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Son 30 illik statistik məlumatlara əsasən, 3,8 trilyon dollar dəyərində ərzaq və məhsul quraqlıq, daşqınlar və fəlakətlər səbəbindən məhv olub.

Trend xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Qutu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, bu göstərici ümumilikdə qlobal kənd təsərrüfatı ÜDM-nin 5 faizini təşkil edir:

"Bu nə qədər böyük risklər, problemlər və çağırışlardan xəbər verir”.

BMT rəsmisi qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatında çalışanlar ümumi işçi qüvvəsinin 36 faizini təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью