38 yaşı var, hələ oynamaq istəyir

16.05.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Lester”dən ayrılacağını açıqlayan Ceymi Vardi karyerasını bitirməyi düşünmür.

Futbolpress.az xəbər verir ki, o, bu barədə “Sky Sports”a açıqlamasında deyib. 38 yaşlı hücumçu oynamaq üçün hələ enerjili olduğunu və karyerasını sonlandırmağı düşünmədiyini bildirib.

Vardi bu mövsüm 35 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib. O, 2012-ci ildən “Lester”də çıxış edirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью