38 yaşında meydanı tərk edəcək

13.11.2024

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Andres Quardado peşəkar futbolçu karyerasını başa vuracağını bəyan edib.

Meksika yəğmasında keçirdiyi oyun sayına görə rekordçu olan yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb. Yerli “Leon”da çıxış edən Quardado 38 yaşında futbolla vidalaşdığını bildirib:

“Bu mövsümün sonunda futboldan ayrılmaq və 19 ildən sonra peşəkar karyeramı başa vurmaq qərarımı ictimaiyyətə açıqlamaq istərdim. Karyeramı burda başa vurmağıma imkanı yaradan “Leon”un prezidenti Xesus Martinesə təşəkkür etmək istəyirəm. Mən Meksikaya bağlı olmaqdan qürur duyuram”.
Qeyd edək ki, Quadrado milli formada 182 oyun keçirib və 28 qol vurub. Yığma liə 3 dəfə KONKAKAF-ım Qızıl Kubokunun qalibi olub. Andres klub səviyyəsində iki dəfə PSV-nin heyətində Niderland çempionu olub və “Betis”lə İspaniya kubokunu qazanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью