38 yaşlı qadın əməliyyatdan sonra öldü

14.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Kürdəmir rayonunda xəstə əməliyyatdan sonra ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı Abdullayeva xəstəxanada appendektomiya əməliyyatı olunub. Əməliyyatdan sonra halı pisləşən P. Abdullayeva xəstəxanada vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью