Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Olivye Jiru 39 yaşında olmasına baxmayaraq, klubuna gərək olub.
"Football-plus.az" xəbər verir ki, “Lill” rəhbərliyi onunla müqavilənin müddətini uzadıb. Fransa klubunun mətbuat xidmətinin məlumatına görə, 39 yaşlı hücumçu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Olivye “Lill”də 2025-ci ilin yayından çıxış edir. Fransa yığmasının sabiq oyunçusu ötən mövsüm komandada 44 oyun keçirib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib.