39 yaşlı aktyor faciəli şəkildə öldü

07.11.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı aktyor İvan Skitsan vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı “Mash” teleqram kanalı məlumat yayıb.

Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib. Udma çətinliyi artdıqdan sonra o, yeməyi qida borusundan keçirmək üçün məftil və damar borusundan istifadə etməyə başlayıb.

İddia olunur ki, aktyor toyuq sümüyü boğazında qaldıqdan sonra yenidən həmin vasitədən istifadə edib və nəticədə qida borusunu ciddi şəkildə zədələyib. Sinəsində güclü ağrı yaranan sənətçi xəstəxanaya yerləşdirilib. Həkimlər sümük qalıqlarını çıxarsalar da, qida borusunda dərin yara aşkarlayıblar. İvan noyabrın 3-də reanimasiya şöbəsində vəfat edib.

Lakin aktyorun yaxın dostu Sergey Medvedev bu məlumatı təkzib edib. O, “AiF” nəşrinə açıqlamasında İvanın böyrək xərçəngi, diabet və ürək problemlərindən əziyyət çəkdiyini bildirib.

Qeyd edək ki, İvan Skitsan “Ranetki”, “Margoşa” seriallarında, eləcə də Nikita Mixalkovun “Günəşdən yorulanlar 2” filmində rol alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью