39 yaşlı basketbolçu NBA tarixində ən çox assist edən ikinci oyunçu olub

09.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"San-Antonio" klubunun üzvü Kris Pol Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox məhsuldar ötürmə edən ikinci oyunçu olub.

"Report"un məlumatına görə, 39 yaşlı basketbolçu bunu "Nyu-Orlean Pelikans”a qalib gəldikləri (121:116) müntəzəm mövsümün qarşılaşmasında reallaşdırıb.

O, həmin görüşdə 10 assistlə yadda qalıb. K.Pol NBA-da məhsuldar ötürmələrinin sayını 12099-a çatdırıb və bu göstəricidə keçmiş oyunçu Ceyson Kiddi (12091) arxada qoyub.

Rekord sabiq basketbolçu Con Stoktona məxsusdur - 15806 assist.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью