39 yaşlı Falkaonun yeni klubu məlum oldu

07.01.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Radamel Falkaonun karyerasını davam etdirəcəyi klub məlum olub.

Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçu yenidən ölkəsində oynayacaq.

Falkao 6 ay əvvəl ayrıldığı "Milyonarios"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Radamel Falkao karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano"nun formasını geyinib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью