39 yaşlı ispaniyalı futbolçu karyerasını başa vurdu

23.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə İspaniya milli komandasının heyətində dünya və ikiqat Avropa çempionu olan Xesus Navas milli karyerasından sonra klub karyerasını da başa çatdırıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Sevilya"nın 39 yaşlı müdafiəçisi son oyununu La Liqanın 18-ci turunda "Real Madrid"ə qarşı keçirib.

X.Navas 65-ci dəqiqədə meydana çıxıb və peşəkar futbolda son oyununu keçirib.

Matç başlamazdan əvvəl hər iki komandanın futbolçuları onun üçün fəxri dəhliz düzəldiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью