39 yaşlı məşhur qapıçı Argentina klubunda

22.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Real Madrid" futbol komandasının sabiq qapıçısı Keylor Navasın yeni klubu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, kosta-rikalı qolkiper Argentina təmsilçisi "Nyuels Old Boyz"a keçib. 38 yaşlı oyunçunun sözləşmə müddəti açıqlanmayıb.

Navas son olaraq, Fransa PSJ-sində çıxış edib. O, ötən mövsümün sonundan azad agent statusunda idi.

Qeyd edək ki, Keylor Navas karyerası ərzində Kosta Rika, İspaniya, Fransa klublarında müxtəlif titullar qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью