3cü turdan təxirə salınan matçın hakimləri bilindi

04.11.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan "Zirə" - "Araz-Naxçıvan" matçının hakimləri açıqlanıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü Rauf Cabbarov idarə edəcək.

Ona Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev (ehtiyat hakim) kömək göstərəcək.

Qeyd edək ki,  “Zirə” – “Araz-Naxçıvan” oyunu noyabrın 6-sı, saat 19:00-da başlanacaq. Oyun "Zirə" klubunun stadionunda keçiriləcək.

Əlavə edək ki, hərəyə 11 oyundan sonra "Araz Naxçıvan" 24 xalla 3-cü, "Zirə" 20 xalla 4-cü yeri tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью