3I/ATLAS kometi 17 martda Yupiterin peykinə yaxınlaşacaq

14.01.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ulduzlararası komet "3I/ATLAS" 17 martda Yupiterin peyki Evfemaya yaxınlaşacaq.

"Report" xəbər verir ki, bu ehtimal "Medium" elmi portalı tərəfindən dərc edilib.

Qeyd olunub ki, kometa peykdən 30,46 milyon km məsafədə olacaq.

"3I/ATLAS" astronomlar tərəfindən kəşf edilən üçüncü ulduzlararası cisimdir. Birincisi, 2017-ci ilin payızında kəşf edilmiş "Oumuamua" asteroidi, ikincisi isə 2019-cu ilin avqustunda rus astronomu Gennadi Borisov tərəfindən kəşf edilmiş "2I/Borisov" kometası olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью