4 ABŞ hərbçisi həlak olub, dəhşətlidir Rutte

27.03.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NATO-nun Baş katibi Mark Rutte Litvada keçirilən təlimlər zamanı 4 ABŞ hərbçisinin həlak olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

O vurğulayıb ki, hadisə ilə bağlı təfərrüatlar bilinmir.

Rutte əlavə edib ki, baş verənlər dəhşətli xəbərdir. Agentlik Pentaqona istinadən qeyd edir ki, planlaşdırılmış təlimlər zamanı qəza baş verib. Bundan əvvəl ABŞ-ın Avropadakı Ordu Komandanlığı Litvada amerikalı hərbçilərin daşınması üçün istifadə edilən M88 zirehli maşınının su altında aşkar edildiyini açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью