4 adada təhsil daha bir həftə dayandı

17.02.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yunanıstan Egey dənizində son həftələrdə davam edən seysmik aktivliyə görə Santorini, Yamurgi, Niyoz və Anafiya adalarındakı məktəblərdə təhsili daha bir həftə dayandırmaq qərarına gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis sosial mediada seysmik aktivlikdən təsirlənən adalarda məktəblərin gələn həftə də bağlı qalacağını açıqlayıb.

Qeyd edək ki, seysmik aktivliyə görə fövqəladə vəziyyət elan edilən bu 4 adada son 2 həftə eyni səbəbdən təhsil dayandırılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью