Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aprelin 4-ü bir neçə tarixi şəxsimizin doğum və anım günləri ilə yadda qalıb.Missiya.Az onları təqdim edir:1.
Azərbaycan Milli kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Muxtar Maniyev 1935-ci ilin bu günü Bakıda anadan olub.Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb.
Onun ömrü də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti 157 filmə çəkilib.
Böyük sənətkar uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib. Vəziyyəti getdikcə pisləşən M.
Manıyevin 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
Səhhəti stabil olan aktyorun durumu 22 dekabrda yenidən pisləşib, səhər saatlarında dünyasını dəyişib.
Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.