4 avtomat və 11 tüfəng təhvil götürülüb

09.12.2024

Icma.az bildirir, Sia Az portalına istinadən.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 tüfəng, 14 patron darağı və 1151 müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью