4 ay sonra azadlığa buraxıldı

04.11.2026

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

Müğənni İlyas Yalçıntaş narkotik ticarəti ittihamı ilə bağlı ilk məhkəmə iclasında azadlığa buraxılıb.

OLAY yazır ki, İstanbulun 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Yalçıntaş ittihamları qəbul etməyib. O, kannabis istifadə etdiyini, lakin bunu sevənlərinə pis nümunə olmamaq üçün əvvəlcə gizlətdiyini bildirib.

Müğənni evində tapılan həssas tərəzinin idmanla məşğul olması ilə əlaqəli olduğunu, WhatsApp yazışmalarındakı ifadələrin isə yaxın çevrəsi ilə küçə jarqonunda apardığı söhbətlərdən ibarət olduğunu deyib.

Yalçıntaş kokaini altı ay əvvəl İngiltərədə, sərxoş olduğu vaxt sınadığını, sonradan istifadə etmədiyini bildirib. O, dörd aydır həbsdə olduğunu da qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью