4 ayda ölkədə 16,7 milyard kubmetr “mavi yanacaq” hasil olunub

15.05.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Bunun da 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 9 milyard kubmetri “Şahdəniz” və 0,5 milyard kubmetri “Abşeron” yataqlarının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb. Hesabat dövründə hasil olunmuş “mavi yanacağ”ın 8 milyard kubmetri ixraca nəql olunub.

Energetika Nazirliyinin məlumatına əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2025-ci il mayın 1-dək, ümumilikdə, 480 milyard kubmetr qaz hasil edilib. Bunun isə 234,2 milyard kubmetri (səmt qazı) “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 245,8 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşüb. Ötən müddətdə ölkəmiz Türkiyə, Gürcüstan və Avropadakı alıcılarına 176,5 milyard kubmetr qaz satıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью