4 aydır ki, qarşıya çayın içindən keçib gedirlər Video

15.08.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Qubanın Çayqışlaq kənd sakinləri 4 aya yaxındır ki, körpü problemindən əziyyət çəkirlər. Belə ki, bu ilin aprel ayında Şabrançaya gələn sel nəticəsində kəndin bir hissəsini digər hissəsi ilə bağlayan yol ötürücüsü tamamilə sıradan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.

Bildirilir ki, məsələdən 4 ay keçməsinə baxmayaraq, hələ də təbii fəlakətin fəsadları aradan qaldırılmayıb.

Körpü bərpa olunmadığından insanlar hər gün çayın içindən keçib getməli olurlar.

Daha ətraflı süjetdə:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью