Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… İkinci Dünya müharibəsi illərində alman ordusunda Azərbaycan Legionunda xidmət edən azərbaycanlılar barədə çox yazılıb.
Lakin çeçen və inquş xalqının Stalinin əmri ilə məhv edilməsinin qarşısını alan 4 azərbaycanlı legioner barədə çox az məlumat var.
Çeçenistanın mərhum lideri Cövhər Dudayevin xanımı Alla Dudayeva və çeçen tədqiqatçı Qobasu Lokayev bu barədə öz araşdırmalarında yazıblar.
Lakin bu dörd azərbaycanlının adı məlum deyil. Əlimizdə olan sənədlərdə 4 nəfərdən yalnız birinin adı adı var - Abbas.
Demək, 1944-cü ilin lap əvvəlində Türkiyə kəşfiyyatı çeçenlərin və inquşların öz doğma torpaqlarından qovulacaqları barədə gizli məlumat alır.
Məlumata görə, çeçenlər və inquşların yük vaqonlarında Bakıya aparılması, daha sonra Xəzər dənizi vasitəsilə Krasnovodska daşınmaq üçün köhnə barjalara və bərələrə yüklənməsi planlaşdırılırdı.
Daşınma zamanı qeydiyyatsız sovet təyyarələri mühacirlərin əksəriyyətini bombalayıb batırmalı, Kreml isə bu hərəkətə görə Almaniya aviasiyasını günahlandırmalı idi.