4 dəfə ölümdən dönən taksi sürücüsü ağciyər xərçənginə də qalib gəldi

28.11.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Kayseri şəhərində 58 yaşlı Nihat Civek daha əvvəl 4 dəfə ölüm təhlükəsi ilə üzləşib, son olaraq ağciyər xərçəngi diaqnozu ilə mübarizə apararaq xəstəliyə qalib gəlib.

Sherg.az xəbər verir ki, iki uşaq atası Nihat Civek 1995-ci ildə keçirdiyi ağır yol qəzasından sonra təxminən 3 ay koma vəziyyətində qalıb. Daha sonra işlədiyi dövrdə sulfat turşusu ilə bağlı qəza nəticəsində ağır yanıq xəsarətləri alıb.

Civek daha bir dəfə işləyərkən 3-cü mərtəbədən yıxılıb və alnında böyük yara əmələ gəlib. Ona 37 tikiş qoyulub. Sonrakı illərdə isə sürücü kimi çalışarkən baş verən bıçaqlı davada yaralanıb.

2023-cü ildə güclü öskürəkdən əziyyət çəkən Civek həyat yoldaşının təkidi ilə həkimə müraciət edib və ağciyər xərçəngi olduğunu öyrənib. O, 28 gün şüa terapiyası alıb, daha sonra hər həftə kimyaterapiya kursundan keçib. Təxminən 3 il davam edən müalicədən sonra xəstəliyə qalib gəlib.

Hazırda 6 aydan bir müayinədən keçən Civek taksi sürücüsü kimi işləməyə davam edir. O, müalicə prosesində ailəsinin və yaxınlarının böyük dəstəyini gördüyünü bildirib.

Civek həyatda qarşılaşdığı çətinliklərə baxmayaraq ruhdan düşmədiyini deyib:

“4 dəfə ölümdən döndüm və ağciyər xərçənginə qalib gəldim. Həyat gözəldir, yaşamağa dəyər. Heç nəyə görə özünü yormaq lazım deyil. Ölümə o qədər yaxınlaşmışam ki, artıq ölümdən qorxan insan deyiləm.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью